Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vatikan, 2 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi sülh planı real təklifdir.
AZƏRTAC xəbər verir ki, bunu Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo jurnalistlərə müsahibəsində deyib.
“Ümid edirik ki, tərəflər bunu qəbul edəcək. Hələlik bu, real təklif kimi görünür. Atəşkəs və girovların azad edilməsi vacibdir. Ümid edirəm ki, HƏMAS müəyyən edilmiş vaxt çərçivəsində bunu qəbul edəcək”, - deyə Roma Papası vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan