Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vatikan, 24 iyun, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Suriyanın Dəməşq şəhəri yaxınlığındakı kilsədə törədilən partlayışa görə kədərlənir.
AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin tərəfindən imzalanan teleqramda deyilir.
Bildirilir ki, Roma Papası Müqəddəs Elias yunan-pravoslav kilsəsinə edilən hücuma görə dərin kədərini ifadə edib, faciədən zərər çəkənlərlə həmrəyliyini bildirib. Papa Leo itkiləri üçün yas tutanlara təsəlli, yaralılara isə şəfa diləyib.
Xatırladaq ki, iyunun 22-də Suriyadakı kilsədə partlayış nəticəsində 25 nəfər ölüb, 63 nəfər yaralanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan