Papa Leo ilə ilk dəfə görüşəcəklər

28.09.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Britaniya Kralı III Çarlz və Kraliça Kamilla gələn ay Vatikanda Papa XIV Leo ilə görüşəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Bukingem Sarayı məlumat yayıb.

Səfər, kral cütlüyünün Papa Leo ilə ilk görüşü olacaq.

Onlar birlikdə Katolik Kilsəsinin hər 25 ildən bir keçirilən yubileyini qeyd edəcəklər:

“Səfər həm də İngiltərə, həm də  Katolik Kilsəsinin işini qeyd edəcək və bu, yubiley ili mövzusunu əks etdirəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью