Papa Miladda sülhə çağırdı

23.12.2024

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Papa Fransisk "Angelus" duasında müharibənin bütün cəbhələrində Milad atəşi saxlamağa çağırıb. 

Redaktor.az xəbər verir ki, bu barədə "ssociated Press" (AP) məlumat yayıb.

“Silahlar sussun və Milad mahnıları başlasın! Milad günündə gəlin müharibənin bütün cəbhələrində - Ukraynada, Müqəddəs Torpaqda, Yaxın Şərqdə və dünyanın hər yerində atəşkəs üçün dua edək”, - Fransisk bildirib.

Roma Papası münaqişə nəticəsində məktəblərə, xəstəxanalara və kilsələrə ziyan dəydiyi "parçalanmış Ukrayna"da baş verənləri pisləyib. O, İsrailin Qəzza zolağındakı hərəkətlərini də tənqid edib və əlavə edib ki, münaqişədə xüsusilə uşaqlara qarşı həddindən artıq vəhşilik var.

Sevinc İBRAHİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью