Papa Qəzza ilə əlaqə saxlayıb

25.02.2025

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin məlumatına görə, vəziyyəti kritik qiymətləndirilən Papa Fransiskin axırıncı laboratoriya testlərində cüzi dərəcədə yaxşılaşma qeydə alınıb. O, müalicə şəraitdə müəyyən işlərinə yenidən başlayıb.
"Fransisk yaxşı əhval-ruhiyyədədir, ağrısı yoxdur və təbii yolla qidalanır. Axşam saatlarında öz papalıq xeyir-duasını vermək naminə Qəzza kilsəsinin keşişi Qabriel Romanelli ilə danışıb. O, sözügedən kilsə ilə müharibə başlayandan bəri mütəmadi əlaqə saxlayır" , - məlumatda vurğulanır.
Vatikan: "Papa ağır xəstədir"
Xatırladaq ki, Papa Fransisk fevralın 14-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun immunitetinin xeyli zəiflədiyi, hər iki ağciyərində astmatik bronxit əmələ gəldiyi və pnevmoniya başladığı diqqətə çatdırılır.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью