Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, aktyorları "təxəyyülün daşıyıcıları" adlandıran Papa, qlobal kino sənayesinə dəstəyini vurğulayıb.
Vatikandakı Klementin Zalındakı çıxışında Papa kinonun əyləncəli və maarifləndirici gücündən danışaraq: "Zorakılıq, yoxsulluq, sürgün, tənhalıq, asılılıq və müharibələr ifadə edilməli və izah edilməli olan mövzulardır. Yaxşı kino əzabları istismar etmir; onu tanıyır və araşdırır. Bütün böyük rejissorlar bunu edirlər", - deyib.
Papa Leo həmçinin kinoteatrların bağlanmasını vurğulayıb və qurumları kinonun sosial və mədəni dəyərini qorumaq üçün səy göstərməyə çağırıb.
Papa: "Kinoteatrlar həyəcan verici dərəcədə azalır; bir çoxu şəhərlərdən və məhəllələrdən yoxa çıxır", - deyə qeyd edib.
Qadir, Bizimyol.info