Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vatikan dövlətinin başçısı Papa XIV Leo bildirib ki, müharibənin yenidən dəbdə olduğu və insan ləyaqətinin dəyərinin itirildiyi bir dövrdən keçirik.Turkustan.az xəbər verir ki, çərşənbə günü Vatikandakı Papa VI Pavel Zalında keçirilən ümumi auditoriya qarşısında çıxış edən Papa dünyada davam edən münaqişələrə son qoymağa çağırıb.Papa Leo XIV barışıq və ədalət yollarının axtarılmalı olduğunu bildirərək dedi: "İnsan ləyaqətinin dəyərinin getdikcə itirildiyi və müharibənin yenidən dəb halını aldığı belə bir tarixi anda gəlin sülh üçün dua edək."Vatikan Mətbuat Ofisindən verilən yazılı açıqlamada həmçinin bildirilir ki, Papa XIV Leo İraqdakı Kürdüstan Demokrat Partiyasının (KDP) rəhbəri Məsud Bərzanini qəbul edib və onunla görüşüb.Görüşün məzmunu ilə bağlı heç bir məlumat paylaşılmayıb.
Aytən Yaşar/ Turkustan.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.