Papa XIV Leo Qəzzada atəşkəs çağırışı edib

28.05.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Vatikan, 28 may, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Qəzzada atəşkəsin əldə olunmasının vacibliyini bildirib.

AZƏRTAC xəbər verir ki, Roma Papası Müqəddəs Pyotr Meydanına toplaşan insanlar qarşısında çıxışında Yaxın Şərqdə tez bir zamanda sülhə nail olunmasına, eləcə də atəşkəs və humanitar qanunlara əməl edilməsinə çağırış edib.

“Atəşkəs təmin edilməli, bütün girovlar azad olunmalı, humanitar qanunlara tam əməl edilməlidir”, - deyə Papa XIV Leo bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью