Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Papa XIV Leonun Fransaya dördgünlük apostol səfəri başlayıb. Pontifik bu gün Romadan yola düşərək Fransaya gedib. Bu, onun pontifikatının başlanmasından sonra Fransaya ilk apostol səfəridir və ümumilikdə beşinci beynəlxalq səfəri hesab olunur.
XQ xəbər verir ki, səfər çərçivəsində Papa XIV Leon Paris, Lourdes və Metz şəhərlərində olacaq. Parisdə Fransa rəsmiləri ilə görüşəcək, UNESCO-nun mənzil-qərargahını ziyarət edəcək, həmçinin bərpadan sonra ilk dəfə Notr-Dam kilsəsinə baş çəkəcək. Burada ruhani şəxslərlə birlikdə dua mərasimi keçiriləcək və pontifik gənclərlə görüşəcək.
Səfərin növbəti mərhələsində Papa Lourdes şəhərində Məryəmin zühur etdiyi mağaranı ziyarət edəcək, Fransa yepiskopları ilə görüşəcək və dini mərasimlərdə iştirak edəcək. Səfərin son ünvanı isə Metz olacaq. Burada dinlərarası görüş, Avropanın sülh və birliyi mövzusunda tədbir və Müqəddəs Stefan kilsəsində ayin nəzərdə tutulub. Papa XIV Leonun Fransadakı səfəri sentyabrın 28-də başa çatacaq.