Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 14 oktyabr, AZƏRTAC
Roma Papası XIV Leonun sağ ağciyərinin aşağı payından bədxassəli şiş çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə pontifikin cərrahı Stefano Marqaritore və müalicə həkimi Luici Karbonenin birgə açıqlamasında bildirilib.
Həkimlərin sözlərinə görə, əməliyyatdan əvvəl aparılan müayinələrin nəticələri əsasında gözlənildiyi kimi, təcili histoloji müayinə ağciyər adenokarsinoması diaqnozunu təsdiqləyib.
Məlumata görə, 71 yaşlı pontifik cərrahiyyə üsulu ilə əməliyyat olunub və əməliyyat otağında təxminən üç saat keçirib.