Papa XIV Leonun pontifikatı mayın 18 də başlayacaq

09.05.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Vatikan, 9 may, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun pontifikatı mayın 18-də başlayacaq.

AZƏRTAC xəbər verir ki, Papa XIV Leo həmin gün pontifikliyinin başlanmasına həsr olunan mərasimə rəhbərlik edəcək.

Roma Papası mayın 9-da Vatikanın Sikstin Kapellasındakı ilk ayində iştirak edib. O, mayın 10-da kardinallarla görüş keçirəcək.

Papa XIV Leo, həmçinin mayın 12-də dünya mətbuatının nümayəndələri ilə görüşəcək. Mayın 21-də isə Vatikanın Müqəddəs Pyotr Kilsəsində ümumi auditoriya qarşısında çıxış edəcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью