Papa XIV Leonun uşaqlığını keçirdiyi ev tarixə çevrilir: ABŞ də diqqətçəkən qərar

21.05.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-nin Çikaqo şəhəri yaxınlığındakı Dolton qəsəbəsində yerləşən və Roma Papası XIV Leonun (Robert Prevo) uşaqlıq illərini keçirdiyi ev diqqət mərkəzinə düşüb. Bu ev may ayında 250 min dollar start qiyməti ilə hərraca çıxarılıb. Lakin yerli hakimiyyət bu tarixi əhəmiyyətli məkanın mülkiyyətdən çıxarılaraq dövlət nəzarətinə verilməsini nəzərdən keçirir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Bloomberg" xəbər yayıb.

Bildirilib ki, hazırda Dolton rəhbərliyi Çikaqo Arxiyepiskopluğu ilə birgə bu evin rəsmi olaraq tarixi abidə statusu alması üçün çalışır. Məqsəd - Papa XIV Leo-nun irsini qorumaq və bu məkana ziyarətçi marağını artırmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью