“Papamobil”ə görə ələ salındı

05.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

İnternet istifadəçiləri Roma Papası Fransiski "Mercedes Benz"in “Papamobil” adlandırılan yeni elektrik avtomobilinə görə ələ salıblar.

"Unikal" xəbər verir ki, müvafiq şərhlər "X" sosial şəbəkəsində yer alıb.

"Papalığın bu açıq-saçıq istehzası heç vaxt bitməyəcək" deyə istifadçilərdən biri yazıb. İzləyicilər ətraf mühitin qorunmasının tərəfdarı olan Papanı qeyri-səmimiliyinə görə də tənqid edib. Onların fikrincə, çünki elektriklə işləyən avtomobilləri "yaşıl enerji ilə işləyən" adlandırmaq olmaz. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью