Papanın səhhəti ilə bağlı Vatikandan açıqlama

17.02.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cümə günündən bəri xəstəxanada olan Papa Fransiskin klinik vəziyyəti mürəkkəbdir və o, xəstəxanada müalicəsini davam etdirir. 

"Unikal" xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Analizlərin nəticələrinə görə, polimikrob tənəffüs yolları infeksiyası aşkarlanıb ki, bu da terapiyanın əlavə modifikasiyasına səbəb olub. Bu günə qədər aparılan bütün tədqiqatlar adekvat stasionar müalicə tələb edən mürəkkəb klinik mənzərədən xəbər verir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Papanın iştirakı ilə keçirilən tədbirlər bazar ertəsinə qədər ləğv edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью