Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vatikanın xarici əlaqələr üzrə rəsmisi arxiyepiskop Pol Qallager Papa XIV Leonun xərçəng diaqnozunun onun pontifikatına münasibəti dəyişdirdiyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Qallager Romada jurnalistlərə açıqlamasında Papanın səhhəti ilə bağlı vəziyyəti mühüm dəyişiklik kimi qiymətləndirib.
71 yaşlı Roma Papası oktyabrın 13-də ağciyər xərçəngi səbəbindən əməliyyat olunub. Həkimlərin məlumatına görə, xəstəlik lokal xarakter daşıyıb və yayılmayıb. Hazırda əlavə müalicəyə ehtiyac olmadığı bildirilir.
Vatikan rəsmisi həmçinin XIV Leonun yaxın gələcəkdə ABŞ-yə səfər edə biləcəyini istisna etməyib.