Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Peruda səfərdə olan Vatikan Dövlətinin başçısı Papa XIV Leo paytaxt Lima şəhərindəki Las Palmas Hava Bazasında keçirilən ibadət mərasimini idarə etmək üçün əraziyə gedib.
“Cebheinfo.az” xəbər verir ki, o, xüsusi avtomobildən xalqı salamladığı zaman izdihamdan atılan əşya üzünə dəyib.
Hadisə zamanı Papanın ağrı hiss edərək əlini üzünə apardığı, lakin avtomobilin hərəkətini dayandırmadan yoluna davam etdiyi görüntülənib.
Əşyanın zərbəsi nəticəsində Papanın xəsarət alıb-almadığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin