Papanın vəziyyəti kritikdir: xəstəxanada qalacaq

17.02.2025

Icma.az, Medicina saytına istinadən bildirir.


Katoliklərin ruhani lideri Papa Fransisk tənəffüs yoluxucu infeksiyaya görə dördüncü gününü xəstəxanada keçirib.

Medicina.az xəbər verir ki, Vatikan Gemelli Xəstəxanasında müalicə olunan Papanın müalicəsində dəyişiklik edildiyi və lazım olduğu müddətcə xəstəxanada qalacağı açıqlanıb.

Planlaşdırdığı tədbirləri ləğv edən Francis sosial şəbəkədə "Göstərdiyiniz sevgi, dualar və yaxınlıq üçün təşəkkür edirəm" mesajını paylaşıb.

Papa Fransisk xəstəxanaya yerləşdirilməzdən əvvəl bir həftədən çox bronxitlə mübarizə aparırdı.


Aygün

Medicina.az



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью