Papanın yeni terapiyasının nəticəsi bu günlərdə bəlli olacaq

21.02.2025

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu günlərdə Papa Fransiskin yeni terapiyaya necə reaksiya verdiyini anlamaq mümkün olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Bildirilib ki, nəticədən sonra Roma Papasının xəstəxanada neçə gün qalacağı açıqlanacaq.

Fevralın 14-də xəstəxanaya yerləşdirilmiş Papa Fransiskin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdığı vurğulanıb. Vatikan mənbələri Papanın ən yaxın köməkçiləri ilə görüşdüyünü və bəzi işlərini görməyə davam etdiyini bildirib.

Xatırladaq ki, Roma Papası Fransiskə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью