Paparassilər 52 yaşlı Keyt Mossun makiyajsız fotolarını çəkib

14.11.2026

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

…Paparassilər Britaniyalı supermodel Keyt Mossu küçədə makiyajsız çəkiblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daily Mail yazıb.

52 yaşlı model Londonda axşam gəzintisi zamanı 42 yaşlı amerikalı aktrisa Oliviya Uayldla birlikdə görüntülənib. Məşhurların Ham Yard Otelində film nümayişinə qatıldığı bildirilir.

Yerləşdirilən fotolarda Moss qara məxmər gödəkçə, klassik boz şalvar, qara çəkmə və uyğun çantada görünür.

O, həmçinin həcmli bej rəngli naxışlı şərflə aksesuarlarını da geyinib. Model saçlarını boş qoyub, ön tellərini geriyə doğru sıxıb və makiyajdan imtina edib.

Noyabrın əvvəlində Birinci Kanalın baş direktoru Konstantin Ernstin həyat yoldaşı rusiyalı aktrisa Sofiya Ernst təbii dəri rəngini nümayiş etdirərək internetdə mübahisələrə səbəb olub.

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью