Papaya görə seçki kampaniyasını dayandırdı

22.04.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avstraliyanın baş naziri Entoni Albanese Melburndakı Müqəddəs Patrik Katedralində təşkil olunan ayində iştirak etmək üçün seçki kampaniyasını dayandırıb.

"Unikal" xəbər verir ki,  bu barədə "NBC News" nəşri yazır.  

"Müqəddəs Ata bu əsrin və həyatımızın ən mühüm liderlərindən biri idi. O, həqiqətən də xalq papası idi", - nəşr baş nazirdən sitat gətirib. 

Avstraliya liderinin sözlərinə görə, Papanın ölümü ilə əlaqədar dövlət bayraqları endiriləcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью