Papaya ikitərəfli pnevmoniya diaqnozu qoyulub

19.02.2025

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Roma Papası Fransiskə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

"Report"un xəbərinə görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin məlumatında qeyd olunub.

"Bu gün (dünən-red) günortadan sonra aparılan döş qəfəsinin KT müayinəsi əlavə tibbi müalicə tələb edən ikitərəfli pnevmoniyanın başlandığını göstərdi", - məlumatda bildirilib.

Qeyd olunurr ki, 88 yaşlı Papanın ümumi vəziyyəti sabitdir. Amma ümumi klinik mənzərə mürəkkəb olaraq qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью