Papaya İraqda suiqəsd planlaşdırılıbmış

19.12.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin İraqa səfəri zamanı ona sui-qəsd planlaşdırılıbmış.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb. 

Bildirilir ki, Papa Fransisk 2021-ci ilin martında Bağdada tədbirdə çıxışı zamanı kamikadzelərin onu öldürməyi planlaşdırdıqları barədə məlumat alıb. İtaliyanın “Corriere della Sera” qəzetinin yaydığı məlumatlara görə, sui-qəsdi təşkil edən hər iki şəxs zərərsizləşdirilib.  

Kəşfiyyat məlumatlarına əsasən, sui-qəsd planını Britaniya tərəfi aşkar edib və onlar İraq polisinə məlumat veriblər. 

"Gənc kamikadze olan qadın papanın ziyarəti zamanı özünü partlatmaq üçün Mosula gedirmiş”, - deyə məlumatda qeyd olunub. 

Koronavirus pandemiyası zamanı üç gün ərzində reallaşan səfər papanın İraqa ilk səfəri olub və intensiv təhlükəsizlik əməliyyatları ilə müşayiət olunub.

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью