Papikyan dolayısı ilə hərbi təlimə göndərilməni təsdiqlədi

04.06.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

"Rusiyadan və digər ölkələrdən gələn Ermənistan vətəndaşlarına ehtiyatda olan əsgərlərin təlimində iştirak etmək üçün bildiriş verilə biləcəyi ehtimalını necə istisna edə bilərik?"

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.

"Deməli, Rusiyadan gələn çağırışçıların vətənlərinə qarşı heç bir öhdəliyi yoxdur? Təbii ki, bunu istisna edə bilmərəm", - deyə o qeyd edib. Dördpendirli pizza

Papikyan izah edib ki, bu, Fransa, ABŞ və bütün digər ölkələrdən gələn Ermənistan vətəndaşlarına da aiddir:

"Demirəm ki, hamı təlimə göndərilir".

Xatırlatma: bu günlərdə Rusiyadan Ermənistana gələn kişilərə 25 günlük hərbi təlim kurslarında iştirak etmə bildirişləri təqdim olunur.

İddialara görə, Rusiyada yaşayan ermənilər vətənlərinə getmə və müxalfətin nəfinə səs verməyə təşviq olunurlar. Lakin bunun qarşısını alan tədbirlər görülüb. Ermənistanın sərhəd keçid məntəqələrində onlara 25 günlük hərbi təlim kurslarında iştirak etmələri tələb olunan bildirişlər təqdim olunur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью