Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın müdafiə naziri Suren Papikyan bu dəfə doğulduğu Lori vilayətinin Stepanavan şəhərində keçirilən bələdiyyə seçkilərinə görə ikinci dəfə “sarı vərəqə” alıb.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, Stepanavanda keçirilən seçkilərdən sonra nazirin mövqeyi zəifləyib:
“Papikyan bu seçkilərə hazırlıq prosesinə nəzarət edib və prosesdə şəxsən iştirak edib. O, yerli sakinlərlə görüşüb və Mülki Müqavilə fraksiyasının deputatı Arpi Davoyanla birlikdə hakim partiyanın namizədi Araik Nersisyanın lehinə təşviqat aparıb. Lakin seçkilərdə Mülki Müqavilə Partiyası “Qortsarar” (“Sahibkar”) partiyasından namizədliyini irəli sürən icmanın hazırkı rəhbəri Armen Qriqoryana məğlub olub. Bu, Papikyanın aldığı ikinci “sarı vərəqə”dir. O, ilk “sarı vərəqə”ni parlament seçkilərinin nəticələrinə görə alıb”.