Papikyan Niderland səfiri ilə regionu müzakirə edib

06.03.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Ermənistanın müdafiə naziri Suren Papikyan Niderland Krallığının Ermənistandakı səfiri Marieke Harriet Monroe-Vinteri qəbul edib. 

Missiya.Az xəbər verir ki, Papikyan bu barədə özünün “Facebook” sosial media hesabında məlumat yayıb.

“Görüş zamanı biz Ermənistan və Hollandiya arasında müdafiə sahəsində əməkdaşlıq imkanları ilə bağlı məsələləri müzakirə etdik”, - deyə siyasətçi vurğulayıb.

Papikyan qeyd edib ki, söhbət zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə edilib.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью