Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində Prezident Emmanuel Makronun hərbi müşaviri, xüsusi təyinatlı hərbi qərargah rəisi, ordu generalı Fabien Mandon ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan da iştirak edib, iki ölkə arasındakı müdafiə əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.
Rəsmilər həmçinin regional təhlükəsizlik məsələlərindən danışıb, bu istiqamətdə öz yanaşmalarını təqdim ediblər.
Əliyar Xəlil
Globalinfo.az