Papikyan Pentaqon rəhbəri ilə görüşdü

06.12.2024

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın müdafiə naziri Suren Papikyan dekabrın 5-də ABŞ-a səfər edib. 

Globalinfo.az xəbər verir ki, Papikyan səfər zamanı ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə görüşüb.

Ermənistanın müdafiə naziri Pentaqon rəhbərinə orduda aparılan islahatlarla bağlı məlumat verib. Ermənistan Silahlı Qüvvələrinin transformasiyası və hərbi bazaların artırılması ilə bağlı əməkdaşlıq istiqamətləri müzakirə olunub.

ABŞ ordusu ilə qarşılıqlı fəaliyyət səviyyəsi, hərbi təhsil, döyüş hazırlığı, beynəlxalq sülhməramlı missiyada xidmət və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı regional təhlükəsizlik məsələlərindən danışılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью