Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, Suren Papikyan keçirdiyi mətbuat konfransında belə iddia səsləndiirb.
“Mən eskalasiya üçün heç bir səbəb görmürəm, çünki Ermənistanın hər hansı problemlə bağlı təklifləri və həlli yolları var.
Ermənistan tarazlaşdırılmış siyasətlə öz sərhədlərinin təhlükəsizliyini və toxunulmazlığını təmin etməlidir”, - erməni nazir deyib.
Sarkisyan: "Ermənistanda ABŞ hərbi bazası olmayacaq" Onun iddiasına görə, təhlükəsizliyin bütün məsuliyyəti təkcə silahlı qüvvələrin və ya yalnız bir tərəfdaşın üzərinə qoyula bilməz.
Ermənistanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq isə tamamilə iki ölkə arasında bu yaxınlarda imzalanmış strateji tərəfdaşlıq sənədi çərçivəsindədir və bu əməkdaşlıqdakı müsbət dinamikadan İrəvan razıdır.
Bundan əlavə, nazir 2025-ci ildə Ermənistannın Rusiya ilə birgə hərbi təlimlər keçirməyi planlaşdırmadığını açıqlasa da, il təzə başladığından belə təlimlərin olmayacağını deyə bilməyəcəyini söyləyib.
Papikyan İrəvanın müxtəlif beynəlxalq tərəfdaşlarla birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı müzakirələr apardığını və onların baş tutacağına ümidli olduğunu vurğulayaraq, Ermənistanla Rusiyanın strateji tərəfdaş olaraq qalmaqda davam etdiklərini söyləyib.