Papikyan və Dekotini regional məsələləri müzakirə etdi

12.12.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın bu ölkədəki səfiri Olivye Dekotini ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Ermənistan və Fransanın müdafiə sahəsində əməkdaşlığının gündəliyinə dair məsələlər və qarşıda duran planlar müzakirə olunub.

Son regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью