Papoyan: “İrəvan Türkiyə sərmayələrinin əleyhinə deyil”

13.10.2025

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan parlamentdə keçirdiyi brifinq zamanı belə deyib.
Papoyan artıq 2012-ci ildən etibarən bir neçə türk şirkətinin, o cümlədən geyim brendlərinin Ermənistan bazarında fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
“Mən bu investisiyaları alqışlayıram. Maliyyə sərmayəsi olmadan qonşu ölkələr arasında davamlı sülh mümkün deyil. Əgər biz həqiqətən də regionda sabit sülh istəyiriksə, bu, iqtisadi inkişafla dəstəklənməlidir”, - erməni nazir bildirib.
Onun sözlərinə görə, iqtisadi əlaqələr olmadan sülh yalnız nəfəs dərmək üçün müvəqqəti möhlətdir. Bu nöqteyi-nəzərdən, sülhün bərqərar olmasından və sərhədlərin açılmasından sonra Ermənistana xarici sərmayələrin, o cümlədən Türkiyədən daxil olması tamamilə təbiidir.
- Erməni sahibkarlar da öz növbəsində qonşu ölkələrə sərmayə yatıra biləcəklər. Əgər hər kəs iqtisadi qarşılıqlı əlaqə olmadan yaşaya bilən dövlətin qurulmasının mümkünlüyünü düşünürsə, bu, dərin yanlış fikirdir”, - Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью