Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Bakı və İrəvan Azərbaycan ərazisi üzərindən Ermənistana mayeləşdirilmiş təbii qaz və bitumun tədarükü barədə razılığa gəliblər".
Oxu.Az bildirir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan "Facebook" sosial şəbəkə hesabında məlumat verib.
"Ermənistan və Azərbaycan arasında mayeləşdirilmiş qaz və bitumun Azərbaycan ərazisi üzərindən dəmir yolu ilə daşınmasına dair razılıq əldə olunub. Sahibkarlarımız artıq bu imkandan yararlana bilərlər", - deyə o yazıb.