Papoyanın Moskva səfəri Rusiyanın təşəbbüsü ilə ləğv edildi

19.11.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın noyabrın 18–19-na planlaşdırılan Moskva səfəri Rusiyanın təşəbbüsü ilə ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, buna səbəb Papoyanın əvvəllər Rusiyaya qarşı səsləndirdiyi bəyanatlar ola bilər.

Qeyd edək ki, bu versiya rəsmi şəkildə təsdiqlənməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью