Papua Yeni Qvineya sahillərində 6,4 maqnitudalı zəlzələ baş verib

20.05.2025

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Papua - Yeni Qvineyanın sahillərində 6,4 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,6 min nəfər əhalisi olan Anqoram şəhərindən 94 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 25 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью