Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Papua–Yeni Qvineyanın şimal-şərqində yerləşən dağlıq ərazidə 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Avstraliyanın dövlət geoloji xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Morobe əyalətində, ölkənin ikinci ən böyük şəhəri olan, əhalisi 100 mindən çox olan Lae şəhərindən 80 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 74 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.