Papuaşvili: Bəzi alman deputatlar məmnuniyyətlə digər ölkələrin daxili işlərinə qarışır və…
Icma.az bildirir, Report.az portalına istinadən. Almaniyalı bəzi deputatlar xarici müdaxilədən şikayət etməklə yanaşı, məmnuniyyətlə digər ö
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu fikir ölkənin parlament sədri Şalva Papuaşvilinin "X"dəki paylaşımında qeyd edilib.
O, paylaşımında Almaniya Bundestaqının nümayəndələrinin Gürcüstanda baş verən hadisələrlə bağlı bəyanatına cavab verib.
“Avropada xarici müdaxilə və dezinformasiya ilə bağlı qızğın müzakirələr fonunda Almaniyanın aparıcı partiyalarının bəzi nümayəndələri anlamırlar ki, özləri başqa ölkələrin işinə qarışır və dezinformasiya yayırlar", - parlament sədri vurğulayıb.
O qeyd edib ki, Gürcüstanın parlament seçkiləri ilə bağlı onların yayımladığı bəyanat açıq-aşkar yalanlarla doludur: "Birincisi, həmin bəyanatda iddia edilənin əksinə olaraq, ATƏT/DTİHB-nin (Demokratik Təsisatlar və İnsan Haqları Bürosu) nümayəndə heyəti seçkilərdən bir ay əvvəl Gürcüstana gəlib və onların fəaliyyəti üçün bütün şərait yaradılıb.
İkincisi, Gürcüstanın Baş naziri İrakli Kobaxidze heç vaxt deməyib ki, 2028-ci ilə qədər Avropa İttifaqına üzvlük danışıqlarını istisna edir.
O, sadəcə, bildirib ki, Gürcüstan hökuməti bu məsələni özü gündəmə gətirməyəcək və eyni zamanda, Aİ-ni vaxtında bu danışıqlara başlamağa çağırıb.
"İstisna edir" fikri isə bəyanatın müəlliflərinin fantaziyasının məhsuludur.
Tam oxu
Xəbəri oxu