Papuaşvili Gürcüstandakı elektrik kəsintisindən danışdı

25.07.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ölkə ərazisində elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir və bütün detallar araşdırılmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə iyulun 24-25-də elektrik enerjisinin verilişinin dayanmasını şərh edərkən söyləyib.

O, bütün detalların araşdırılmasının vacib olduğunu bildirib.

“Bunun nə ilə bağlı olduğunu araşdırmaq vacibdir. Fakt budur ki, bütün sistemin bir-birinin ardınca dayanması qeyri-adi hadisə idi. Əgər burada insan amili, kiminsə müdaxiləsi və ya təxribat faktı varsa, əlbəttə ki, bunların hamısı üzə çıxarılmalıdır”, - Papuaşvili söyləyib.

Qeyd edək ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində iyulun 24-25-i təkrarlanan elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi – Dövlət maraqlarına zərər vurmaq məqsədilə mühüm obyektlərin normal fəaliyyətinin pozulması və ya onlara zərər yetirilməsi maddəsi ilə istintaqa başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью