Papuaşvili: “Mixael Qaler Gürcüstan rəsmilərindən üzr istəməlidir”

01.02.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentinin üzvü Mixael Qalerin Gürcüstan liderləri haqqında dərc etdiyi paylaşımla bağlı tələb irəli sürüb.
Bizim.Media xəbər verir ki, Ş.Papuaşvili sosial şəbəkə hesabında yazıb ki, Mixael Qaler yazısını ya silməli, ya da Gürcüstan rəsmilərindən üzr istəməlidir.
 

Qeyd edək ki, AP-nin üzvü Mixael Qaler sosial mediada hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze və hakim partiyanın digər siyasətçilərini ölkəni tərk etməyə, gürcü xalqının böyük əksəriyyətinin sovet deyil, Avropa Gürcüstanına doğru yolunu davam etdirməsinə icazə verməyə çağırıb. O, həmçinin İvanişvili və Kobaxidzeni "Moskva məxluqları" adlandırıb.


Papuaşvilinin sözlərinə görə, bu cür axmaq, insanlıqdan kənar dildən istifadə etmək Gürcüstan liderlərini alçaltmır, əksinə, bu alman siyasətçinin təmsil etdiyi ölkəni ləkələyir. Belə ciddi, arxaik səhv paylaşımı silməklə və üzr istəməklə düzəldilə bilər.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью