Papuaşvili: Niderland səfirliyi beynəlxalq hüququ pozur

03.02.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tbilisi, 3 fervral, AZƏRTAC

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Niderland bu ölkədəki səfirliyini dezinformasiyanın maliyyələşdirilməsində ittiham edib.

AZƏRTAC xəbər verir ki, Papuaşvili bu barədə sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, Estoniyada saxta qeydiyyatda olan media qurumlarının yaydığı və artıq tam şəkildə ifşa olunmuş yalan məlumatların maliyyələşdirilməsində Niderland hökumətinin də adı çəkilir.

“Dezinformasiyanı maliyyələşdirən hər kəs məsuliyyət daşıyır. Niderland səfirliyi də anlamalıdır ki, bu cür fəaliyyət beynəlxalq hüququn pozulması deməkdir”, – deyə Papuaşvili bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью