Papuaşvili: USAID Gürcüstan ABŞ dostluğunu gücləndirmək əvəzinə, ciddi səhvlərə yol verdi …
Icma.az, Report.az portalına istinadən məlumat verir. USAID Gürcüstan-ABŞ dostluğunu gücləndirmək əvəzinə, hələ də düzəldilməyən bəzi ciddi
“Report”un yerli bürosunun məlumatına görə, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "X"də USAID-in ölkədəki fəaliyyəti ilə bağlı
O vurğulayıb ki, şəxsən özü ABŞ Konqresini qəsdən edilmiş bu səhvləri araşdırmağa çağırıb, lakin heç bir nəticə əldə olunmayıb.
Parlament sədri, xüsusilə, 2020-ci ildə keçirilən seçkilərdən sonra baş verən hadisələri xatırladaraq deyib ki, USAID tərəfindən maliyyələşdirilən ISFED adlı "QHT NDI" proqram təminatından istifadə edərək saxta nəticələr yayıb və seçkilərin saxtalaşdırıldığını iddia edib.
Lakin sonradan "Gürcü Arzusu" Partiyası saxtakarlığı ifşa edib və ISFED də bunu etiraf edib.
Papuaşvili iddia edib ki, USAID-in yerli nümayəndəsi Adam Şmidt ISFED məlumatlarının audit edildiyini və heç bir səhvin olmadığını deyərək həm Gürcüstan hökumətini, həm də xalqı aldadıb.
O, həmçinin həmin dövrdə ABŞ-nin Gürcüstandakı səfirini də ittiham edərək səfirin böyük ehtimalla məsələdən xəbərdar olmasına baxmayaraq, susduğunu bildirib.
Spiker əlavə edib ki, ISFED bu gün də xarici maliyyə dəstəyi ilə Gürcüstanda fəaliyyətini davam etdirir və 2024-cü il seçkilərinin saxtalaşdırıldığını iddia edir.
Tam oxu
Xəbəri oxu