Papuaşvili: Zelenski nankordur

17.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Biz Ukrayna hakimiyyətinin gürcü xalqına qarşı qeyri-dost münasibətini görürük".

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

O bu münasibətin Ukrayna hakimiyyəti tərəfindən böyük "nankorluq" olduğunu bildirib.

“Təəssüflər olsun ki, Zelenski hakimiyyəti gürcü xalqına qarşı nankorluğu ilə seçilir. Ukraynada xalqı təmsil edən ləyaqətli hakimiyyəti görməyi arzulayıram”, - spiker əlavə edib.

Qeyd edək ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Gürcüstanın “TV Pirveli” kanalına müsahibəsində Gürcüstanı Rusiyanın marioneti adlandırıb. O bildirib ki, Gürcüstan hakimiyyətinin addımları Rusiyanın maraqlarına uyğundur və avroatlantik inteqrasiya ilə ziddiyyət təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью