PapuaYeni Qvineyada 5,4 maqnitudalı zəlzələ baş verib

18.11.2024

Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.

Papua-Yeni Qvineyaya aid olan Yeni İrlandiya adasının şərq sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

"Operativ Media"nın məlumatına görə, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 120 minə yaxın insanın yaşadığı adanın sahillərindən 30 km cənub-şərqdə, zəlzələ ocağı 63 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью