Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
"Para Bank Olmayan Kredit Təşkilatı (BOKT)" Açıq Səhmdar Cəmiyyətinin (ASC) işçisi olmuş Kəyan Novruzov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatları dəqiqləşdirilən zaman təqsirləndirilən şəxsin əvvəllər məhkum olduğu müəyyənləşib.
Daha sonra zərərçəkmiş şəxslər müəyyən edilib. Zərərçəkmişlərdən ikisi əcnəbi ölkə vətəndaşı olduğu müəyyən olunub.
Bunlar Ekushov Evgenıı Viktoroviç və Ekushov Nıkıta Viktoroviçdir. Onlar qardaş olublar.
Hər iki qardaş Rusiya vətəndaşıdır, Bakıda müvəqqəti yaşayıblar.
Zərərçəkmişlərdən biri Arif Əliyev Qarabağ müharibəsini qazisi olduğunu deyib.