Para BOKT növbəti dəfə zərər edib

15.05.2025

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

“Para BOKT” 2024-cü ili 1,202 milyon manat zərərlə bitirib.

Valyuta.az xəbər verir ki, 2023-ci ilə nisbətən kredit təşkilatının zərərliliyi 15,4% artıb.

“Para BOKT” 2023-ci il üzrə 1,042 milyon manat zərər əldə etmişdi.

Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri illik müqayisədə 4,83% artaraq 4,247 milyon manat, dəyərsizləşmə üzrə zərərləri 1,7% artaraq 3,894 milyon  manat, işçi heyəti üzrə xərcləri 1,42 % azalaraq 278 min manat, ümumi inzibatı xərcləri isə 4,6% artaraq 1,048 milyon manat təşkil edib.

Son nəticədə kredit təşkilatı ötən il 1 milyon  min manat əməliyyat zərəri ilə üzləşib.

Ötən il BOKT kiçilib. Belə ki, cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 12,3 % və ya 2.596 milyon manat azalaraq 18,513 milyon manat olub.

Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit (kredit portfeli) əvvəlki illə müqayisədə 14,5 % azalaraq 10,376 milyon manat təşkil edib.

Bu dövrdə təşkilatın cəmi öhdəliklərinin həcmi 3,6 % və ya 1,394 milyon manat azalaraq 37,650 milyon manata bərabər olub.

2025-cü il yanvar ayının 1-nə 29,266 milyon manat nizamnamə kapitalına malik olan “Para BOKT”un yığılmış zərəri 51,047 milyon manatdan 52,249 milyon manata yüksəlib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью