Paraatletlərimiz Tunis Qran Prisində iştirak edəcəklər

16.06.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyunun 16-dan 19-dək Tunisin paytaxtı Tunis şəhərində Paraatletika üzrə Qran-Pri keçiriləcək.

İdman.Biz bildirir ki, yarışda ölkəmizi nüvə itələmə növü üzrə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyev (F36) təmsil edəcəklər.

Samir Nəbiyev və Ömər Bozbaxov nüvə itələmə ilə yanaşı, disk atma yarışlarında da mübarizə aparacaqlar.

Milli komandamıza baş məşqçi Oleq Panyutin rəhbərlik edəcək.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью