Parabadmintonçularımızdan Avropa çempionatında 2 medal

05.10.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan parabadmintonçuları Avropa çempionatını 2 gümüş medalla başa vurublar. Sport24.az xəbər verir ki, 14 yaşlı Zəhra Salmanlı kişi və qadın idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SH-6 kateqoriyası) ingiltərəli komanda yoldaşı Kristen Kumbs ilə bu gün final görüşünə çıxıb.

Onlar ingiltərəli rəqiblərinə 0:2 məğlub olaraq Avropa çempionatının gümüş medalını qazanıblar.

20 yaşlı parabadmintonçu İbrahim Əliyev də kişi idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) polşalı komanda yoldaşı Bartlomiey Mroz ilə bu gün final görüşünə çıxıb. Onlar fransalı rəqiblərinə 0:2 hesabı ilə məğlub olaraq Avropa çempionatının gümüş medalını qazanıblar.

Qeyd edək ki, milli komandamız 8 parabadmintonçu ilə ilk dəfə qitə çempionatında təmsil olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью