Parabadmintonçumuz Misirdə mübarizə aparacaq

21.01.2025

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Misirin paytaxtı Qahirədə 2-ci Beynəlxalq Parabadminton Turniri təşkil olunacaq. SİA xəbər verir ki, turnirdə ölkəmizi İbrahim Əliyev təmsil edəcək. Parabadmintonçumuz Misirə məşqçi Teymur Abbasov ilə yollanıb.

Turnir "Grade 2" kateqoriyasına daxil edilən Beynəlxalq Badminton Federasiyasının təsnifat yarışıdır.

Qeyd edək ki, turnir yanvarın 21-dən 26-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью