Paracüdo üzrə milli komandamız dünya çempionatında mübarizə aparacaq

24.09.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın paracüdo üzrə milli komandası sentyabrın 25-dən 27-dək Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək dünya çempionatında mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, Yarışda kişilər arasında İlham Zəkiyev (J1, +95 kq), Saleh Sultanov (J1, 81 kq), İsmayıl Muradov (J1, 70 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq), qadınlar arasında isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) çıxış edəcəklər.

Paracüdoçuların yarışa hazırlığına baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью