futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paracüdo üzrə Azərbaycan milli komandası 14–16 avqust tarixlərində Almaniyanın Heydelberq şəhərində baş tutacaq Avropa çempionatında qüvvəsini sınayacaq.
Futbolpress.az xəbər verir ki, qitə birinciliyində ölkəmizi kişi paracüdoçulardan İlham Zəkiyev (J1, +95 kq), Saleh Sultanov (J1, 81 kq), İsmayıl Muradov (J1, 70 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq) təmsil edəcəklər. Qadınların yarışında isə Dürsədəf Kərimova (J2, +70 kq) ilə Xatirə İsmiyeva (J1, +70 kq) tatami üzərinə çıxacaqlar.
Milli komandamız mötəbər turnirdə baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimovun rəhbərliyi altında çıxış edəcək.