Paracüdoçularımız Göygöl və Qubada təlim məşq toplanışına start verib

23.07.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın paracüdo üzrə kişilərdən ibarət millisi Göygöl Olimpiya İdman Kompleksində, qadınlardan ibarət yığma isə Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, toplanışda kişi paracüdoçulardan İlham Zəkiyev (J1, +95 kq), Mehman Hüseynov (J1, +95 kq), Əbdülərrəhman Rzazadə (J1, 70 kq), İsmayıl Muradov (J1, 70 kq), Saleh Sultanov (J1, 81 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq), qadınlardan isə Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) iştirak edəcəklər.

Qeyd edək ki, kişilərdən ibarət milliyə baş məşqçi İbrahim İbrahimov, qadınlardan ibarət yığmamıza isə baş məşqçi Ramin İbrahimov rəhbərlik edir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью