Parada getməyəcəm, Putinə də demişəm Paşinyan

07.05.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın baş nazir Nikol Pashinyan ölkəsində aparılan seçki kampaniyası ilə əlaqədar 9 Mayda Moskvada keçiriləcək Qələbə Günü paradında iştirak etməyəcək.
Modern.az xəbər verir ki, Paşinyan bu haqda mayın 7-də jurnalistlərə bildirib.
O, parada gedə bilməyəcəyi barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verdiyini də deyib.

"Aprel ayında Rusiyaya səfərim zamanı Rusiya Prezidentinə seçki kampaniyası səbəbindən 9 May üçün planlaşdırılan tədbirlərdə iştirak edə bilməyəcəyimi bildirmişdim. Artıq seçki kampaniyasında iştirak edəcəyimi də elan etmişəm", - deyə Paşinyan qeyd edib.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью